Modern.az

Yaponiyada parlament seçkiləri: hakim partiya çoxluğu İTİRDİ

Yaponiyada parlament seçkiləri: hakim partiya çoxluğu İTİRDİ

Dünya

21 İyul 2025, 08:15

Ötən gün Yaponiyada parlament seçkiləri keçirilib.

Modern.az NHK kanalına istinadən xəbər verir ki, Liberal Demokrat Partiyası (LDP) və Komeito Partiyasından ibarət hakim koalisiyası parlament seçkilərində çoxluğu itirib.

İlkin hesablamalara görə, LDP 39, Komeito isə 8 yer qazanıb. Koalisiya çoxluğunu saxlamaq üçün 124 mandatdan 50-ni almalı idilər.

Yaponiyanın baş naziri Şiqeru İşiba ölkə qarşısındakı məsuliyyətini və sadiqliyini əsas gətirərək vəzifəsində qalacağını bildirib. "Vəziyyət ciddidir və biz bunu təvazökarlıqla və səmimi qəbul etməliyik", - o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi