Modern.az

Kabildə hicaba görə onlarla qadın həbs edildi

Kabildə hicaba görə onlarla qadın həbs edildi

Dünya

21 İyul 2025, 08:31

Əfqanıstanın paytaxtı Kabilin bir neçə rayonunda təhlükəsizlik qüvvələri qadınları səhv hicab taxdıqlarına görə həbs edib.

Modern.az xəbər verir ki, bu barədə "KabulNow" nəşri yazıb.

Onlarla qadının həbs edildiyi bildirilir. Dəqiq say məlum deyil.

Həbsləri Fəzilətin Təbliği və Pisliklərin qarşısının alınması Nazirliyinin əməkdaşları həyata keçirib. Qadınların harada olduğu bilinmir.

Qeyd edək ki, Əfqanıstanda Taliban hərəkatı 2021-ci ildə hakimiyyətə gəlib. 2022-ci ildə ölkədə hicab bütün qadınlar üçün məcburi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi