Modern.az

Moskva aeroportlarında xaos: sərnişinlər döşəmədə gecələdilər

Moskva aeroportlarında xaos: sərnişinlər döşəmədə gecələdilər

Dünya

21 İyul 2025, 14:32

Rusiyanın paytaxtı Moskva və ətraf bölgələri iyulun 21-də gecə saatlarında Ukraynanın genişmiqyaslı dron hücumlarına məruz qalıb.

Modern.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, son 24 saat ərzində 117 dron vurulub, onlardan 30-u Moskva vilayəti üzərində olub.

Dron hücumları Moskvanın əsas hava limanlarında Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə ciddi qarışıqlığa səbəb olub. Rusiyanın mülki aviasiya qurumu (Rosaviatsiya) bu hava limanlarında gecə saatlarında uçuş məhdudiyyətləri tətbiq edib.

Rusiya mediasının yaydığı görüntülərdə ölkənin ən işlək hava limanı olan Şeremetyevodakı sərnişinlərin döşəmədə yatdığı, uzun növbələrdə gözlədiyi əks olunub. Onlarla reys təxirə salınıb və ya ləğv edilib, minlərlə sərnişin isə ya hava limanlarında gecələməli olub, ya da səyahətini təxirə salıb.

Xüsusilə Rusiyanın uzaq şərq bölgəsindəki sərnişinlər Avropa Rusiyasında baş verən reys ləğvləri səbəbilə hava nəqliyyatında ilişib qalıblar. Rusiya mediası bildirir ki, Sankt-Peterburqdan Moskvaya qayıtmaq üçün əlavə qatar reysləri təşkil olunub.

Qeyd edək ki, Moskva və ətraf bölgəsində təxminən 21,5 milyon insan yaşayır və bu bölgə Rusiya üçün strateji əhəmiyyət daşıyır. Bu hücumlar Ukraynanın Rusiyanın paytaxtına yönəltdiyi hücumlarda intensivliyin artdığını göstərir.

Xatırladaq ki, Moskva-Gəncə reysi də təxirə salıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü