Modern.az

Türkiyədə hansı partiyanın neçə deputatı var? - SİYAHI

Türkiyədə hansı partiyanın neçə deputatı var? - SİYAHI

Dünya

21 İyul 2025, 15:25

Türkiyə Böyük Millət Məclisində (TBMM) son günlərdə baş verən istefalar və vəfat səbəbilə partiyalar üzrə yer bölgüsündə dəyişiklik olub.

Modern.az-ın məlumatına görə, İstanbul deputatları Doğan Demir, İsa Mesih Şahin və Selim Temurcinin Gələcək Partiyasından istefa etdiklərini açıqlamaları ilə müstəqil deputatların sayı 14-ə yüksəlib.

Eyni zamanda Səadət Partiyasının Kocaeli deputatı Hasan Bitmez və DEM Partiyasının İstanbul deputatı Sırrı Süreyya Önderin vəfatı, Türkiyə İşçi Partiyasının Hatay deputatı Şerafettin Can Atalayın deputatlıq mandatının ləğvi, AK Partiyalı Murat Kurumun nazir təyinatı və CHP-dən seçilən Burcu Köksal, Abdurrahman Tutdere, Hasan Baltacı və Ahmet Önalın bələdiyyə sədri seçilmələri ilə TBMM-dəki ümumi deputat sayı 600-dən 592-yə enib.

Partiyalar üzrə yeni mandat bölgüsü belədir:

  • Ədalət və İnkişaf Partiyası (AKP) – 272 deputat

  • Cümhuriyyət Xalq Partiyası (CHP) – 135 deputat

  • Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiyası) – 56 deputat

  • Milliyyətçi Hərəkat Partiyası (MHP) – 47 deputat

  • İYİ Partiya – 29 deputat

  • Yeni Yol Partiyası – 21 deputat

  • Müstəqillər – 14 deputat

  • Yenidən Rifah Partiyası – 4 deputat

  • Hüquq Dava Partiyası (HÜDA PAR) – 4 deputat

  • Türkiyə Fəhlə Partiyası (TİP) – 3 deputat

  • Demokratik Bölgələr Partiyası – 2 deputat

  • Əmək Partiyası – 2 deputat

  • Səadət Partiyası – 1 deputat

  • Demokratik Sol Partiya – 1 deputat

  • Demokrat Partiya – 1 deputat

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü