ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində süni intellektlə hazırlanan video paylaşıb.
Modern.az-ın məlumatına görə, videoda Donald Tramp və sabiq prezident Barak Obamanın Ağ Evdə bir yerdə oturduğu göstərilir.
Daha sonra FTB əməkdaşları gəlib ABŞ-ın 44-cü prezidentini qandallayır. Bu zaman Donald Tramp mitinqlərində tez-tez ifa etdiyi Village People qrupunun “YMCA” mahnısı fonda səslənərkən gülümsəyir.
Video narıncı kombinezonda Barak Obamanın həbsxana kamerasında əyləşməsi ilə bitir.
Xatırladaq ki, iyulun 20-si ərəfəsində Donald Tramp bəyan edib ki, Barak Obama 2016-cı il prezident seçkilərinin nəticələrinə təsir göstərmək üçün qanunsuz cəhdlər edib.