“Qlobal müharibə tərəfi”nin göstərişi ilə hərəkət edən Avropa bürokratiyası Ukraynadakı münaqişəyə qoşulmaq üçün Gürcüstana təzyiqləri artırıb.
Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, son bir ayda Gürcüstan Avropa İttifaqı strukturlarının fəal tənqid obyektinə çevrilib. Əvvəlcə Avropa Parlamenti tənqidi qətnaməni qəbul edib, daha sonra 17 Avropa ölkəsinin xarici işlər nazirləri Gürcüstanın “anti-Avropa kursu” ilə bağlı məktub dərc ediblər.
Baş nazir bildirib ki, sanksiyaların tətbiqi və azad ticarət rejiminin ləğvi kontekstində Gürcüstan məsələsi Avropa İttifaqı nazirlərinin iclaslarında müzakirə olunub, əlavə olaraq, Avropa Komissiyası məktub göndərib ki, ona əsasən, Gürcüstan hökuməti “xarici agentlər” və LGBT təbliğatı haqqında qanunla bağlı müəyyən şərtləri yerinə yetirməsə, vizasız vətəndaşlar üçün rejimin fəaliyyəti dayandırılacaq.
“Bu gün Avropa bürokratiyası Gürcüstan hakimiyyətinə güclü təzyiq göstərməkdə davam edir. Artıq sirr deyil ki, "qlobal müharibə partiyası" Avropa bürokratiyası ilə tam koordinasiyadadır və onu ölkəmizə qarşı sərt şantajlar aparmağa məcbur edir”, - deyə Kobaxidze bildirib.