Modern.az

Rusiyada 4 azərbaycanlı saxlanıldı

Rusiyada 4 azərbaycanlı saxlanıldı

Dünya

21 İyul 2025, 22:49

Rusiya Federal Təhlükəsizlik Bürosunun əməkdaşları 4 azərbaycanlını saxlayıb.

 

Modern.az xəbər verir ki, miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olan qrupun fəaliyyətini dayandırdıqlarını açıqlayan FTX saxta miqrasiya kartları və saxta iş icazələrinin hazırlandığı iki yeraltı laboratoriyanı ləğv edib. 

 

 

İddialara görə, azərbaycanəsilli Rusiya vətəndaşları olan 34-62 yaş arası şəxslər mindən çox əcnəbi üçün saxta sənədlər hazırlayaraq 2 milyon rubldan çox gəlir əldə ediblər.

 

Hadisə yerində çap avadanlıqları, müştərilərin məlumat bazaları, təşkilatların saxta möhürləri və Mərkəzi Asiya ölkələri vətəndaşlarının pasportları götürülüb. Dəstənin bütün üzvləri 2 ildən 5 ilədək müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkiblər.

 

Saxta sənədlər əcnəbilərə Rusiyada 90 günə qədər qalmağa və rəsmən iş tapmağa imkan verirmiş.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü