Modern.az

Rusiya-Ukrayna danışıqları bu tarixdə keçiriləcək

Rusiya-Ukrayna danışıqları bu tarixdə keçiriləcək

21 İyul 2025, 23:26

Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu iyulun 23-də, çərşənbə günü İstanbulda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalındakı axşam müraciətində bildirib.

 

Ukrayna prezidenti vurğulayıb ki, görüş zamanı əsirlərin azad olunması, Rusiya tərəfindən deportasiya edilən ukraynalı uşaqların geri qaytarılması, eləcə də liderlərin mümkün görüşünün təşkili müzakirə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?