Rusiya Ali Məhkəməsinin sədri İrina Podnosova vəfat edib.
Modern.az bu barədə TASS-a istinadən xəbər verir.
Podnosova bu vəzifəyə bir ildən az əvvəl aprel ayında təyin edilib.
O, bu vəzifəyə Ali Məhkəmənin əvvəlki sədri, 33 il bu vəzifədə çalışan Vyaçeslav Lebedevin ölümündən sonra keçib.
Podnosova Vladimir Putinlə eyni ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində hüquq ixtisası üzrə təhsil alıb. Hər ikisi 1975-ci ildə universiteti bitirib.