Modern.az

Tramp ABŞ-ni UNESCO-dan çıxarır

Tramp ABŞ-ni UNESCO-dan çıxarır

Dünya

22 İyul 2025, 14:40

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-nin UNESCO-dan çıxması barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama yayıb.

Onun sözlərinə görə, Ağ Ev rəhbərinin bu qərarı qeyd olunan təşkilatın Amerika maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləməsi ilə əlaqədardır.

“Prezident Tramp ABŞ-nin UNESCO-dan çıxması haqda qərar qəbul edib. Bu təşkilat proqressiv və mübahisəli mədəni və sosial təşəbbüsləri dəstəkləyir ki, bunlar noyabr ayında amerikalıların səs verdiyi “sağlam siyasətə” tamamilə ziddir”, – deyə Kelli “New York Post” qəzetinə verdiyi açıqlamada bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!