Modern.az

Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı

Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı

Dünya

23 İyul 2025, 10:58

Rusiyanın Yekaterinburq vilayətində hüquq-mühafizə orqanları azərbaycanlı biznesmen Elvin Şükurovu saxlayıblar.

Modern.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü Dmitri Çukreyev öz teleqram kanalında məlumat verib.

Məlumata görə, Elvin Şükurov Rusiya Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a” və “b” bəndləri ilə -yəni əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən satış məqsədilə xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulun istehsalı, saxlanması və daşınması maddəsi ilə ittiham olunur.

Çukreyev bildirib ki, Elvin Şükurovun işi Sverdlovsk vilayətinin Pervuralsk şəhərində gizli saxta içki istehsalı sexi ilə əlaqəlidir. 

“Yekaterinburqda azərbaycanlı kökənli daha bir sahibkar - Elvin Şükurov saxlanılıb. İstintaqın təqdimatı əsasında o, barəsində həbs-qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib”, – deyə Dmitri Çukreyev bildirib.

"Kommetsant" nəşrinin məlumatına görə, sözügedən cinayət işində azərbaycanlılardan ibarət qrupun üzvləri kontrafakt içkilərin tədarükündə ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?