Modern.az

Almaniya Türkiyəyə qırıcı satışına razılıq verdi

Almaniya Türkiyəyə qırıcı satışına razılıq verdi

Dünya

23 İyul 2025, 12:44

Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 ədəd “Eurofighter” döyüş təyyarəsinin satışı ilə bağlı Ankaranın sorğusunu müsbət cavablandırıb.

Modern.az xəbər verir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.

“Eurofighter” döyüş təyyarələri Almaniya, İngiltərə, İtaliya və İspaniyanın yer aldığı konsorsium tərəfindən istehsal edilir. Qəzet 40 təyyarənin ümumi dəyərinin təxminən 4,75 milyard avro olduğunu bildirib.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts Londonda Britaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuata bəyanatında “Eurofighter” təyyarələrinin Türkiyəyə satışı ilə bağlı müsbət mövqe nümayiş etdirmişdi. Kansler bu barədə sualı cavablandırarkən ixracla bağlı müsbət qərarın qəbulu istiqamətində irəliləyişlərin olduğunu vurğulamışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son açıqlamalarının birində “Eurofighter” təyyarələrinin yaxın vaxtda alınacağına ümidvar olduğunu açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?