Modern.az

Paşinyan II Qaregini devirməyə hazırlaşır - Plan AÇIQLANDI

Paşinyan II Qaregini devirməyə hazırlaşır - Plan AÇIQLANDI

Dünya

23 İyul 2025, 18:50

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc edib.

Modern.az xəbər verir ki, baş nazir bu barədə “Facebook” hesabında yazıb.

O, II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib.

Paşinyan katolikosu dəyişdirmək və yenisini seçmək üçün erməni kilsəsinin sadələşdirilmiş nizamnaməsini qəbul etməyi təklif edib.

"Biz Eçmiədzinin ana taxtını Ktriç Nersisyandan (katolikosun dünyəvi adı) azad edirik", - Paşinyan yazıb.

Baş nazirin fikrincə, kilsənin orta əsr nizamnaməsinə əsaslanaraq Erməni Apostol Kilsəsinin yeni Nizamnaməsi təsdiqlənməyincə, katolikosun yeni seçkiləri keçirilməməlidir. Nizamnamə qədim erməni dilində deyil, hamı üçün başa düşülən müasir erməni dilində olacaq. Milli Kilsə Şurası tərəfindən təsdiqlənməlidir.

Bundan sonra Paşinyan dürüstlüyü yoxlanılacaq namizədlərin iştirak edəcəyi seçkilərin keçirilməsini təklif edir. Namizədlərin uyğunluğu və seçki proseduru da Nizamnamə ilə müəyyən edilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?