Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla niyə rəsmi nikaha daxil olmadığını açıqlayıb.
Modern.az bu barədə “news.am”a istinadən xəbər verir.
O qeyd edib ki, 1990-cı illərdə müxalif siyasətlə məşğul olub, buna görə həbs təhlükəsi ilə yaşayıb və buna görə həyat yoldaşı ilə rəsmi nikaha daxil olmayıb:
“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”.
Xatırladaq ki, Paşinyan ötən il Anna ilə rəsmi olaraq evli olmadığını açıqlayıb.