Modern.az

Babacanın partiyasından istefa verib CHP-yə keçdilər

Babacanın partiyasından istefa verib CHP-yə keçdilər

24 İyul 2025, 08:42

Türkiyədə müxalifət cəbhəsində mühüm siyasi keçid baş verib.

Modern.az xəbər verir ki, sabiq nazir Ali Babacanın rəhbərlik etdiyi DEVA Partiyasından iyun ayında istefa verən İstanbul deputatı Evrim Rızvanoğlu və Tekirdağ deputatı Cem Avşar Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulub.

İki deputatın CHP-yə keçməsi partiyanın Bakırköydə keçirilən mitinqində elan olunub.

CHP lideri Özgür Özel mitinqdəki çıxışı zamanı Evrim Rızvanoğlu və Cem Avşara partiya nişanlarını şəxsən təqdim edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?