Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.
Sərnişinlərdən sağ qalan olmadığı bildirilir.
"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
***
10:08
Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radardan itib, onunla əlaqə yoxdur.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.
Təyyarənin göyərtəsində 43 sərnişin və 6 ekipaj üzvü var.