Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb.
Modern.az xəbər verir ki, o, iki gün Rusiyanın Altay diyarında olacaq.
O, təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.
"Hraparak" qəzetinin yazdığına görə, Paşinyanın komandası onun Altaya səfəri zamanı Zəngəzurdan keçən yolun taleyi ilə bağlı Rusiya hakimiyyəti ilə kuluar danışıqları aparacağını güman edir.
Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, Paşinyan Moskva ilə “dəhliz” məsələsini müzakirə edəcək.