Ermənistanın Gümrü şəhərində rusiyalı hərbi qulluqçusu ölü tapılıb.
Modern.az bu barədə Ermənistan KİV-ə istinadla xəbər verir.
Bildrilir ki, meyit axşam saatlarında yarımçıq tikilinin yanında aşkarlanıb. Onun qolunda kəsici-deşici yaralar olub.
İlkin məlumata görə, ölən şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Onun Rusiyanın 24 yaşlı vətəndaşı K.Antonenko olduğu müəyyən edilib.