İsrail və Suriya nazirləri arasında yüksək səviyyəli danışıqlar həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Axios” portalı məlumat yayıb.
Son 25 ildə ilk dəfə baş tutan görüşün Parisdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə həyata keçirildiyi bildirilir.
Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsad əl-Şeybani iştirak edib.
Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub.