Modern.az

Rusiya polisi İsgəndər Xəlilovun oğlunun ofisinə BASQIN ETDİ - FOTO

Rusiya polisi İsgəndər Xəlilovun oğlunun ofisinə BASQIN ETDİ - FOTO

Dünya

25 İyul 2025, 16:56

Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanallarında məlumat yayılıb.

Bildirilir ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.

Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Xatırladaq ki, Rəhman Xəlilov məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğludur.

1451883

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək