Modern.az

Əsədlə bağlı həbs qərarı LƏĞV EDİLDİ

Əsədlə bağlı həbs qərarı LƏĞV EDİLDİ

Dünya

26 İyul 2025, 00:19

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı daha əvvəl çıxarılmış həbs orderini etibarsız elan edib.  

Modern.az bu barədə AFP-yə istinadən xəbər verir.

Məhkəmə bu qərarı dövlət başçısının toxunulmazlığına istinad edərək verib. Açıqlamada vurğulanır: “Fəaliyyətdə olan prezidentə qarşı istənilən həbs orderi istisnasız şəkildə qanunsuz sayılır. Kassasiya Məhkəməsinin rəhbəri Kristof Sular isə bildirib ki, Əsəd prezident postunu tərk etdikdən sonra ona qarşı yeni həbs orderi çıxarıla bilər.

Xatırladaq ki, Kassasiya Məhkəməsi Fransada ən yüksək məhkəmə instansiyasıdır və bu qərar Əsədə qarşı beynəlxalq hüquqi proseslərə ciddi təsir göstərə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək