Modern.az

Qazaxıstanda yoxa çıxan helikopterin qalıqları TAPILDI

Qazaxıstanda yoxa çıxan helikopterin qalıqları TAPILDI

Dünya

26 İyul 2025, 11:44

Ötən gün Qazaxıstanın Almatı vilayətində yoxa çıxmış hərbi helikopterin hissələri aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Otar yaşayış məntəqəsi ərazisində əlaqənin kəsildiyi helikopter Qazaxıstan Hava Müdafiə Qüvvələrinə məxsusdur.

FHN-in xilasediciləri Almatı vilayətinin Sorbulak gölü akvatoriyasında helikopterə aid olduğu ehtimal edilən parçalar aşkarlayıblar.

Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək