İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə o, ölkənin Xarici İşlər Nazirliyində çıxışı zamanı deyib.
O bildirib ki, münasibətlərin yaxşılaşdırılması böyük uğurlara səbəb olacaq.
Prezident diplomatları səylərində daha fəal olmağa çağırıb.