Modern.az

Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP

Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP

Dünya

26 İyul 2025, 21:33

Kamboca və Tailand dərhal atəşkəs və sülh istəyir.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, Kambocanın Baş naziri ilə yenidən telefonla danışdığını və Tailandın Baş nazirinin səlahiyyətlərini icra edən şəxslə apardığı müzakirələr barədə məlumat verdiyini bildirib. “Onlar, həmçinin ABŞ-la ticarət masasına qayıtmaq istəyirlər. Fikrimizcə, döyüşlər dayandırılana qədər bu, məqsədəuyğun deyil. Onlar dərhal görüşməyə və tezliklə atəşkəş, nəhayət, sülh əldə etməyə razılaşdılar. Hər iki ölkə ilə işləmək mənim üçün şərəfdir. Onların uzun və zəngin tarix və mədəniyyəti var. Ümid edirik ki, onlar uzun illər birlikdə olacaqlar. Hər şey bitdikdə və sülhə nail olunduqda hər ikisi ilə ticarət sazişlərimizi bağlamağı səbirsizliklə gözləyirəm”, - deyə Tramp əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək