Modern.az

Makronla Ərdoğan Qəzzadakı vəziyyətdən DANIŞDILAR

Makronla Ərdoğan Qəzzadakı vəziyyətdən DANIŞDILAR

Dünya

27 İyul 2025, 09:05

Fransa Prezidenti Emmanuel Makronla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə E.Makron “X”dəki hesabında paylaşım edib.

 

Fransa lideri bildirib ki, danışıq zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.

 

“Az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı vəziyyət və iki dövlətli həll konfransının perspektivləri haqqında telefonla danışdım. Hər şey israillilərin və fələstinlilərin sülhü və təhlükəsizliyi üçün edilməlidir”, - Makron sosial şəbəkə hesabında yazıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək