Modern.az

Məbəddə izdiham - 8 nəfər öldü

Məbəddə izdiham - 8 nəfər öldü

27 İyul 2025, 13:18

Hindistanın şimalındakı Uttarakhand əyalətinin Haridvar şəhərində məbəddə basabas nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

 

Minlərlə zəvvar dar pilləkənlə təpənin başında yerləşən Mansa Devi məbədinə doğru gedib. İlkin məlumatlara görə, elektrik kabelinin düşməsi ilə zəvvarlar arasında çaxnaşma başlayıb.

 

İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar və izdiham başlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?