Modern.az

Meşə yanğınları Fransanı da ağuşuna aldı

Meşə yanğınları Fransanı da ağuşuna aldı

Dünya

27 İyul 2025, 16:37

Fransanın cənubundakı Od departamentində 680 hektardan çox ərazini əhatə edən böyük meşə yanğını davam edir.

 

Modern.az xəbərinə görə, bu barədə LCI telekanalı məlumat yayıb.

 

Şənbə günü axşam Port-La-Nuvel kommunası ərazisindəki iki düşərgənin və bir neçə yaşayış binasının sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib, ümumilikdə 1000 nəfər təhlükəi ərazidən çıxarılıb.

 

Həmçinin yanğının söndürülməsi zamanı kommuna tamamilə işıqsız qalıb. Bundan əlavə, Sijan kommunasında iki ev yanğın nəticəsində ciddi ziyan görüb, biri isə demək olar ki, tamamilə dağılıb.

 

Bazar günü səhər insanların evlərinə qayıtmasına icazə verilib, lakin bu ərazidə yanğınla mübarizə davam edir.

 

Hadisə yerində 630 yanğınsöndürən, həmçinin iki yanğınsöndürən təyyarə və iki helikopter işləyir, lakin onların işinə güclü külək mane olur. Alovla mübarizə zamanı dörd yanğınsöndürən tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilərin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək