Modern.az

Qardaş ölkə alovlar içində - FOTOLAR

Qardaş ölkə alovlar içində - FOTOLAR

Dünya

27 İyul 2025, 21:59

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınları davam edir.

Modern.az xəbər verir ki, Bursa şəhərinin Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə başlayan yanğın yaşayış yerlərinə çatıb, bəzi binalar yanıb.

Təhlükə səbəbindən 3 kənddə 1765 nəfər təxliyə olunub, bəziləri evlərinə qayıtsa da, təhlükə tam sovuşmayıb.

Yanğınla mübarizə zamanı 38 yaşlı yanğınsöndürən Ramazan Şaşkın infarkt keçirərək həlak olub.

Həm havadan, həm qurudan minlərlə insan və yüzlərlə texnika alovlara qarşı səfərbər olunub. Karabükdə 1839 nəfər təxliyə edilib, alovlar Ankara yoluna qədər çatıb.

Kahramanmaraşda isə çətin keçilən qayalı ərazilərdə yanğın davam edir. Rəsmi qurumlar riskin oktyabra qədər davam edə biləcəyini bildirir və əhaliyə diqqətli olmağı tövsiyə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək