Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.
Modern.az xəbər verir ki, qəza nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.
DPA agentliyi qəza nəticəsində bir neçə nəfərin həlak olması, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayıb.
“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.
Hadisə yerində polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib. Buna görə də qəzaya qasırğanın və ya relsə aşan ağacların səbəb ola biləcəyi ehtimalı araşdırılır.