Modern.az

İran Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsinə QARŞI ÇIXDI

İran Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsinə QARŞI ÇIXDI

Dünya

28 İyul 2025, 12:04

Tehran Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir və bu prosesin sürətləndirilməsinin vacibliyini vurğulayır.

Modern.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranın Cənubi Qafqazla bağlı mövqeyi dəyişməyib və bu yanaşma iki əsas istiqamətə - sülh və tranzit məsələlərinə əsaslanır. 

“İran daim Azərbaycan və Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub və bu məqsədlə sülh sazişinin imzalanmasının zəruriliyini önə çəkib”, - Bəqai qeyd edib.

O əlavə edib ki, Tehran regional nəqliyyat və tranzit marşrutlarının yaradılması və inkişafını dəstəkləyir. 

Bəqai vurğulayıb ki, Cənubi Qafqazda son proseslərdə regiondankənar aktorların iştirakına dair yayılan məlumatlar narahatlıq doğurur və İran bu müdaxilələri regionun təhlükəsizlik və inkişaf maraqlarına zidd hesab edir.

Xatırladaq ki, ABŞ Zəngəzur dəhlizinin amerikalı özəl şirkət tərəfindən idarə edilməsini təklif edib. İspaniyanın “Periodista Digital” nəşriin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb. Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq. Dəhlizin adının “Tramp körpüsü” olacağı iddia edilir.

Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var