Modern.az

“Yenidən "Kurtlar Vadisi" çəkilsə, oynamaram”

“Yenidən "Kurtlar Vadisi" çəkilsə, oynamaram”

Dünya

28 İyul 2025, 14:10

"Kurtlar Vadisi" serialında canlandırdığı "Ömər Baba" obrazı ilə məşhurlaşan aktyor Emin Olcay iştirak etdiyi bir proqramda səsləndirdiyi fikirlərlə sosial mediada yenidən müzakirə mövzusuna çevrilib.

Modern.az xəbər verir ki, uzun müddətdir ekranlardan uzaqda Olcay məşhur serialın yenidən çəkilməsi halında layihədə yer almaq istəmədiyini açıq şəkildə bildirib.

“Yenidən "Kurtlar Vadisi" çəkilsə, oynamaram”, - o deyib.

Aktyor serialın baş rol ifaçısı Necati Şaşmaz və prodüser Raci Şaşmaz barədə də diqqət çəkən ifadələr işlədib:

"Mən özümü çətinliklə xilas etdim, bir daha oynamaram. Təəssüf ki, Necati Şaşmaz və Raci Şaşmaz dediklərinin arxasında dayanmayan adamlardır. Allah yollarını açıq etsin". 

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var