Modern.az

Dünyada 304 milyon insan hepatit B və ya C virusu ilə yaşayır

Dünyada 304 milyon insan hepatit B və ya C virusu ilə yaşayır

Dünya

28 İyul 2025, 14:42

Yoluxucu xəstəliklərdən ölümlərin əsas səbəbi olan hepatit hər il 1,8 milyon insanın ölümünə səbəb olur və dünyada təxminən 304 milyon insan hepatit B və ya C ilə yaşayır.

Modern.az xəbər verir ki, hepatit qaraciyərin zədələnməsi və xərçəng kimi xəstəliklərə səbəb olur. Hepatit viruslarının beş əsas növü var: A, B, C, D və E. Bu virusların hamısı qaraciyər xəstəliyinə səbəb ola bilsə də, ötürülmə yolları, xəstəliyin şiddəti, coğrafi yayılma və profilaktika üsulları kimi mühüm cəhətləri ilə fərqlənir.

Hepatit B və C-nin yüz milyonlarla insanda xroniki xəstəliklərə səbəb oldur, bu növlərin qaraciyər sirrozu, qaraciyər xərçəngi və virus hepatitlərindən ən çox yayılan ölüm səbəbidir. 

Qeyd edək ki, hər il iyulun 28-də Ümumdünya Hepatitlə Mübarizə Günü qeyd edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var