Modern.az

Tofiq Zülfüqarovun Dərbənd paylaşımı Rusiyada etiraz doğurdu

Tofiq Zülfüqarovun Dərbənd paylaşımı Rusiyada etiraz doğurdu

Dünya

28 İyul 2025, 16:40

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun feysbukda Dərbəndlə bağlı paylaşımı Rusiyada gündəm olub.

Modern.az-ın məlumatına görə, o, azərbaycanlıların Rusiyadan qovulmasına çağırış edənlərə cavab olaraq qeyd edib ki, Rusiyanın ən qədim şəhəri Dərbənddir.

“Əhalinin təxminən 40 faizini etnik azərbaycanlılar təşkil edir. Maraqlıdır, internetdə rus millətçiləri adlandırılan şəxslər “öz Azərbaycanınıza gedin” deyəndə nəyi nəzərdə tuturlar? Yəni Rusiya Federasiyasının ən qədim avtoxton əhalisi öz ölkələrini tərk etməlidir?”, - sabiq nazir qeyd edilib.

Bu qısa paylaşım Rusiyanın bir sıra media orqanlarında dərc edilib və etiraz bildirilib.

Paylaşımda Tofiq Zülfüqarovun Dərbəndin adını rusca olduğu kimi sonda “t” hərfi ilə yox, “d” hərfi ilə, yəni azərbaycanca yazması da, diqqətdən yayınmayıb. Tofiq Zülfüqarov itihamlara bir cümlə ilə cavab verib: “Dağıstan Konstitusiyasından gətirdiyim sitat nasistlər arasında isteriyaya səbəb oldu”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var