Türkiyənin "Türk Hava Yolları" (THY) aviasiya şirkəti Suriyanın Hələb şəhərinə uçuşları bərpa edəcək.
Modern.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, uçuşlar avqustun 1-dən bərpa olunacaq.
Reyslər hər gün, qarşılıqlı olaraq baş tutacaq.
Məlumata görə, ikitərəfli biletin qiyməti 299 dollardan başlayacaq.