Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının hədəflərini və siyasi gələcəyi ilə bağlı iddialı açıqlama verib.
Modern.az xəbər verir ki, o, 2023-cü ilin noyabrında CHP-nin sədri seçildiyi qurultayda verdiyi vədi bir daha xatırladaraq bildirib.
"Seçkilərdə birinci partiya olaraq çıxmasaq, o gecə siyasəti tərk edəcəm", - Özəl "Ekonomim" xəbər saytına müsahibəsində deyib.