Modern.az

Rusiyada dəhşətli zəlzələ: 3000 nəfər təxliyə edildi - Sunami TƏHLÜKƏSİ

Rusiyada dəhşətli zəlzələ: 3000 nəfər təxliyə edildi - Sunami TƏHLÜKƏSİ

Dünya

30 İyul 2025, 09:23

Kamçatkada 8.7 maqnitudalı zəlzələ baş verib, ardınca 50-dən çox afterşok qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidmətindən məlumat verilib.

Zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib. "Ondan sonra 50-dən çox afterşok müşahidə olunub, onların bir neçəsi hiss olunacaq qədər güclü olub", - deyə qurumdan bildirilib.

Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.

Zəlzələdən sonra sunami təhlükəsi həmçinin Çinin şərq sahillərində və Tayvanda da elan olunub.

***

08:20

Son bir saat ərzində Kamçatka sahillərində maqnitudası 5-dən yuxarı olan səkkiz zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələlərin maqnitudası 5,1 ilə 5,8 arasında dəyişib.

Episentrlər 7-dən 100 kilometrədək dərinlikdə yerləşib.

Kamçatka diyarının paytaxtında təkanlar 3–4 bal gücündə hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı