ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən yeni gömrük rüsumlarının qüvvəyə minəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə şəxsi “Truth Social” sosial şəbəkəsində bildirib.
“1 avqust son tarixdir, bu dəyişməyəcək və uzadılmayacaq. Amerika üçün böyük gündür!!!” - deyə Tramp yazıb.
Yeni qərara əsasən, Hindistana qarşı əlavə 25%-lik idxal rüsumu və cəza tədbirləri tətbiq ediləcək. Səbəb kimi Hindistanın "əksər silah və enerji daşıyıcılarını Rusiya Federasiyasından alması" göstərilir.
Bundan öncə Tramp administrasiyası təxminən 150 ölkədən idxal olunan məhsullara 10–15% arası yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırdığını açıqlayıb.