Modern.az

Rusiyada deputat həbs edildi

Rusiyada deputat həbs edildi

Dünya

30 İyul 2025, 21:23

Rusiyanın Sosnovoborsk şəhər məhkəməsi Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı İvan Apostolevskini ekstremist təşkilatın simvollarını təbliğ etdiyinə görə 7 sutka müddətinə həbs edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a region məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

 

"O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsində (ekstremist təşkilatların atributlarının və ya simvollarının təbliği və ya ictimai nümayiş etdirilməsi) nəzərdə tutulan hüquq pozuntusunu törətməkdə təqsirli bilinib", - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, deputat ötən gün Moskva vağzalında saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!