Modern.az

Avqustun 8-nə qədər vaxtın var! - Tramp Putini HƏDƏLƏDİ

Avqustun 8-nə qədər vaxtın var! - Tramp Putini HƏDƏLƏDİ

Dünya

1 Avqust 2025, 08:32

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı kütləvi hücumlarını “iyrənc” adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə o, Oval Kabinetdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb.

O, Rusiyanın avqustun 8-nə qədər vaxtının olduğunu bildirib, atəşkəs razılaşması əldə olunmayacağı təqdirdə Moskvaya qarşı sanksiyalar tətbiq etmək planlarını təkrarlayıb.

"Rusiya... Məncə, onların etdikləri iyrəncdir", - Tramp deyib.

"Biz sanksiyalar tətbiq edəcəyik. Onun (Putinin -red.) sanksiyalardan narahat olub-olmadığını bilmirəm", - o əlavə edib.

Tramp həmçinin bildirib ki, onun xüsusi nümayəndəsi Steve Vitkoff tezliklə Rusiyaya səfər etməyi planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir