Modern.az

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

Dünya

2 Avqust 2025, 09:00

Qəzza zolağında son 24 saatda aclıq və qida çatışmazlığından ikisi uşaq olmaqla 3 nəfər ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayının 162-yə çatıb.

Modern.az xəbər verir ki, bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Beləliklə, acından ölənlərin sayı 92-si uşaq olmaqla 162-yə çatıb. Səhiyyə Nazirliyi olaraq, Qəzza zolağında blokada, ərzaq və tibbi ləvazimat çatışmazlığı səbəbindən humanitar böhranın daha da ağırlaşdığını vurğulayır, beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını təcili müdaxilə etməyə çağırışımızı təkrar edirik", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza