Modern.az

HƏMAS silahı nə zaman yerə qoyacaq?

HƏMAS silahı nə zaman yerə qoyacaq?

Dünya

2 Avqust 2025, 19:30

HƏMAS hərəkatı Fələstin dövləti elan olunmayanadək silahı yerə qoymayacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi "Telegram" kanalında dərc edilmiş bəyanatda deyilir.

 

"Bir daha bildiririk ki, müqavimət hərəkatı milli və qanuni hüququmuzdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalar tərəfindən tanınır. İlk növbədə paytaxtı Şərqi Qüdsdə olan tam suveren, müstəqil Fələstin dövləti qurmaq hüququ bərpa olunmayana qədər bu haqdan imtina etmək olmaz", - mətndə vurğulanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir