Modern.az

Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa APARILIR

Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa APARILIR

2 Avqust 2025, 20:19

 “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə E1.RU portalı məlumat yayıb.

Bildirilib ki, Şıxlinski Yekaterinburqa aparılıb.

Nəşrin yazdığına görə, Şıxlinski hazırda istintaq prosesində iştirak edir.

Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var