Modern.az

Qusman yeni vəzifəyə təyin olunub?

Qusman yeni vəzifəyə təyin olunub?

Dünya

4 Avqust 2025, 22:16

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, bu barədə Qusman Oxu.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil: "Bunlar hamısı saxtadır".

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir