Modern.az

İsrail Qəzzanı tam ələ keçirmək istəyir

İsrail Qəzzanı tam ələ keçirmək istəyir

Dünya

5 Avqust 2025, 00:47

İsrailin baş naziri Benyamin Netanyahu girovların saxlanıldığı ərazilərdə əməliyyatlar da daxil olmaqla Qəzzanı tamamilə ələ keçirməyə qərar verib.

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.

Məlumata görə, o, İsrail Baş Qərargah rəisi Eyal Zamirə ultimatum verib. “Əgər bu sizin üçün əlverişli deyilsə, istefa verin”, - Netanyahu bildirib.

Qərar Dohada keçirilən danışıqların uğursuzluğu fonunda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir