Modern.az

Ermənistan hərbçiləri qəzaya düşüb - 1 ölü, 6 yaralı

Ermənistan hərbçiləri qəzaya düşüb - 1 ölü, 6 yaralı

Dünya

6 Avqust 2025, 17:46

Ermənistan ordusunun hərbçisi Marqara-Vanadzor magistral yolunda "Nissan” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qəzada üç hərbçi və üç mülki şəxs xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.

Hadisə çərşənbə günü günorta saatlarında Armavir vilayətinin Crarat kəndi yaxınlığında baş verib.

Faktla bağlı cinayət işi açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza