Modern.az

Tramp yenə Hindistanı hədəfə aldı

Tramp yenə Hindistanı hədəfə aldı

6 Avqust 2025, 21:04

ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığı üçün Hindistan məhsullarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, ABŞ Prezidenti bununla bağlı sərəncam imzalayıb. “Rusiya Federasiyasının neftini birbaşa və ya dolayı yolla idxal edən Hindistandan malların idxalına əlavə rüsumunun tətbiqinin zəruri və məqsədəuyğun olduğunu müəyyən edirəm”, - deyə Tramp bildirib.

 

Sərəncamın 21 gün sonra qüvvəyə minəcəyi deyilir. Bununla da, Hindistan məhsullarına ümumi tariflər 50 faizə yüksəlib.

 

Tramp bu sərəncamı Ağ evin yüksəksəviyyəli nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən qısa müddət sonra imzalayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK