Modern.az

Tramp Putin və Zelenski ilə üçtərəfli görüş keçirmək istəyir

Tramp Putin və Zelenski ilə üçtərəfli görüş keçirmək istəyir

Dünya

6 Avqust 2025, 23:59

ABŞ Prezidenti Donald Tramp gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir və bundan sonra o, Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Məlumata görə, Tramp çərşənbə günü Avropa liderləri ilə telefon danışığı zamanı planlarını açıqlayıb.

 

Üçtərəfli görüş avropalı həmkarların iştirakı olmadan baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir