Modern.az

Dövlət katibindən sülh MESAJI

Dövlət katibindən sülh MESAJI

Dünya

8 Avqust 2025, 09:50

Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq.

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır:

"Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir