Modern.az

ABŞ Fələstini tanımayacaq

ABŞ Fələstini tanımayacaq

Dünya

8 Avqust 2025, 21:40

ABŞ Fələstini tanımaqdan imtina edərək HƏMAS-ın məhv edilməsinin bir daha vacibliyini bəyan edib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Vens Fələstində fəaliyyət göstərən hökumət olmadığı üçün Vaşinqtonun Fələstin dövlətini real tanınmasının mümkün olmadığını bildirib. 

 

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nəyə nail olmaq istədiyini çox aydın şəkildə qeyd edib.

 

“İstəyirik ki, HƏMAS İsraildə günahsız insanlara hücum edə bilməsin. Buna isə, HƏMAS-ın kökünü kəsməklə nail olmaq mümkündür. ABŞ Prezidenti Qəzzadakı humanitar böhranın dəhşətli görüntülərindən çox təsirlənir. Ona görə də biz bu problemi həll etmək istəyirik”, - deyə Vens qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir