Modern.az

Sülh sazişinin mətni bu tarixdə DƏRC EDİLƏCƏK

Sülh sazişinin mətni bu tarixdə DƏRC EDİLƏCƏK

Dünya

9 Avqust 2025, 08:41

Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin mətni 11 avqustda dərc ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

 

"Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək", - xarici siyasət idarəsinin məlumatında qeyd olunur.

 

Xatırladaq ki, mətni Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir